Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlardakı vətəndaş qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimlinin sakinlərlə növbəti görüşü 2026-cı il avqustun 27-də (saat 10:00) Laçın şəhərində olacaq.
Nazir Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin inzibati binasında Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Vətəndaşlar avqustun 21-dək Mədəniyyət Nazirliyinin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.





















