Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi mədəniyyət nümunələri aşkar edilib.

Arxeoloji tapıntı rayon ərazisindəki Narbağı adlanan sahədə parkın salınması zamanı aşkarlanıb.

Ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd təsərrüfat küpü və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.

Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Məlumat əsasında institutun nümayəndəsi əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlanılıb.

Aşkarlanan maddi-mədəniyyət nümunələrinin Azərbaycan tarixinin qədim dövrləri ilə bağlı yeni və əhəmiyyətli məlumatlar ortaya çıxara biləcəyi ehtimal olunur.