Qazax Dövlət Dram Teatrı iyulun 18-də Şəbnəm Xeyrullanın “Arqon” monodramı ilə 88-ci teatr mövsümünü başa vurub.
Teatrdan verilən məlumata görə, “psevdosuisidal hoqqa” janrlı səhnə əsərində Arqon obrazını aktyor Vüsal Hüseynov canlandırıb.
Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır.
Tamaşaya Qazax sakinləri ilə yanaşı, ətraf rayonlardan olan ziyalılar, teatrsevərlər də baxıblar.
Qeyd edək ki, Şəbnəm Xeyrullanın “Arqon” pyesi 2024-cü ildə “Characters” (“Personajlar”) müasir dramaturgiya festivalının qalibi olub.























