Milli Kitabxanada “Yazıçı, publisist Şamo Arif - 90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan verilən məlumata görə, sərgidə Şamo Arifin (1936-2012) əsərləri – romanları, povest və hekayələri, eləcə də həyat və yaradıcılığı haqqında ədəbiyyatlar yer alıb.
Xalq yazıçısı Süleyman Rəhimovun ailəsində dünyaya gələn Şamo Arif ədəbi fəaliyyətinə 1957-ci ildə “Azərbaycan qadını” jurnalında çap olunan “Qoşa çinar” hekayəsi ilə başlayıb. 1964-cü ildə “Göz dağı” povesti və “Anamın yuxusuna girməsi” romanı nəşr olunub. 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Sonuncu romanı “Qınamayın məni” adlanır.
Bundan əlavə, Şamo Arif publisistik və elmi məqalələr dərc edib, həmçinin “Dədə Süleyman” adlı xatirələr toplusunu hazırlayıb.



















