Neftçala Dövlət Rəsm Qalereyasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Sirr” adlı rəsm sərgisi təşkil edilib.
Bu barədə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi (RMİ) məlumat yayıb.
Qalereyanın direktoru Nigar Abdullayeva və rəssam Dadaş Dadaşovun müəllifi olduqları sərginin açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının rəhbərliyi, Şirvan-Salyan RMİ-nin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə sərginin hazırlanma mərhələsini əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasında elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən belə layihələr memarlıq irsinin qorunması, milli-mədəni dəyərlərin təbliği və cəmiyyətdə estetik zövqün formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxışlarda sərginin bədii-estetik məziyyətləri yüksək qiymətləndirilib, təsviri sənətin milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və yaradıcı düşüncənin təbliğində mühüm rola malik olduğu vurğulanıb.
Sonra iştirakçılar canlı musiqinin müşayiəti ilə sərgi ekspozisiyasına baxış keçiriblər.
Sərgidə müxtəlif janr və texnikalarda hazırlanan rəsm əsərləri yer alıb.
























