İyulun 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri keçirilib.
“Musiqinin sehrli dünyası” adlı axşamda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Sevda Babazadənin fortepiano sinfinin tələbələri iştirak ediblər.
Niyazinin mənzil-muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov tədbirin əhəmiyyətindən danışıb və gənc ifaçılara uğurlar arzulayıb.
Bədii hissədə gənc pianoçuların ifa etdikləri musiqi nömrələri alqışlarla qarşılanıb.
Sonda qonaqlar üçün muzeydə ekskursiya təşkil olunub.
























