Tarixdəki olaylar

 

29 iyun 1990 – Azərbaycan SSR Nazirlər Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətində  Azərbaycan SSR-in suveren hüquqlarının bərpa edilməsi və vilayətin sosial-iqtisadi inkişafı üzrə tədbirlər haqqqında” Qərar qəbul edib. Lakin vaxtı keçmiş bu cür qərarlarla ermənilərin Qarabağdakı aqressiv hərəkətlərini önləmək mümkün deyildi. Qərardan iki həftə sonra (11 iyul 1990-cı il) erməni dəstələrinin növbəti terror basqını nəticəsində Tərtər-Kəlbəcər sərnişin avtobusunu partlatdılmış, 14 azərbaycanlı öldürülmüş, 35 nəfər yaralanmışdı. 

 

29 iyun 1992 – Azərbaycan Respublikası ilə Yeni Zelandiya arasında diplomatik münasibətlər qurulub.

 

29 iyun 2007 – UNESCO-nun Dünya İrs Komitəsinin Yeni Zelandiyanın Kristçorç (Christchurch) şəhərində keçirilən 31-ci sessiyasında Qobustan Tarix-Bədii Qoruğu təşkilatın Dünya İrs Siyahısına daxil edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

29 iyun 1900 – Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900 – 31.7.1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Balaca şahzadə”, “Qəsr” romanlarının müəllifidir.

 

29 iyun 1958 – Əməkdar artist Elçin Qəzənfər oğlu Həmidov (1958 – 4.3.2011) Bakıda doğulub. Musiqili Komediya Teatrının aktyoru olub.  

 

29 iyun 2002 – Əməkdar incəsənət xadimi, müğənni, skripka ifaçısı Rauf Zülfüqar oğlu Adıgözәlov (22.11.1940 – 2002) vəfat edib.

 

29 iyun 2011 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Kamil Nəcəf oğlu Nəcəfzadə (29.12.1929 – 2011) vəfat edib. “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub.

 

Hazırladı: Vüqar Orxan