Moldovanın paytaxtı Kişineuda keçirilən MOLDFEST Beynəlxalq Teatr Festivalında ölkəmiz də təmsil olunub.
Festivalda Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının repertuarından Fyodor Dostoyevskinin "Utancaq qız" ("Кроткая" – rus dilində) monotamaşası təqdim edilib.
Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edib.
Y.Harmelin adına Moldova Dövlət Gənclər Dram Teatrının səhnəsində nümayiş olunan səhnə əsərini izləyənlər arasında ölkəmizin Kişineudakı səfirliyinin diplomatları, diasporumuzun fəalları da yer alıblar.
Şövqi Hüseynovun dərin və emosional ifası tamaşaçılara dünya ədəbiyyatının ən məşhur əsərlərindən birinə yenidən nəzər salmağa imkan verib. Tamaşa iştirakçılara Azərbaycan teatr məktəbinin sənətkarlığını kəşf etmək imkanı yaradıb.





















