İyunun 22-də Azərbaycan professional vokal sənətinin banisi Bülbülün anadan olmasının 129-cu ildönümü tamam olub.
Bu münasibətlə Bülbülün Memorial Muzeyində konsert proqramı təşkil edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova dahi sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixində misilsiz xidmətlərindən bəhs edib.
Konsert proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri, Azərbaycan Milli Konservatoriyasının (AMK) tələbələri, AMK-nın nəzdində İncəsənət Gimnaziyasının şagirdləri, gənc ifaçılar Bülbülün repertuarından əsərlər ifa ediblər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək Bülbülün yaradıcılığının Azərbaycan musiqi sənətinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Sonda Bülbülün “Koroğlu” operasındakı möhtəşəm ifasından bir parça – "Koroğlunun ariyası" videçarx şəklində təqdim olunub.

























