Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri – Xırdalan şəhər 11 İllik Musiqi məktəbinin müəllim və şagirdlərinin konserti təşkil olunub.
Muzeyin şöbə müdiri Əzirə Abdullayeva iştirakçıları salamlayıb və klassik musiqinin gənc nəslə aşılanmasının əhəmiyyətindən bəhs edib.
Muzeyin əməkdaşı Xanımbacı Abdinova görkəmli maestro Niyazinin və digər görkəmli musiqi xadimlərinin həyatı və yaradıcılıq haqqında danışıb.
Konsert proqramında məktəbin müəllimləri Sevinc İbrahimova, Ülviyyə Əliyeva, Natavan Rəhimli, Xoşqədəm Cəfərova, Ceyhunə Mirtəhməzli, Alagöz Səmədova, Bahar Qafarzadənin şagirdləri tərəfindən ifa olunan musiqi nömrələri rəğbətlə qarşılanıb.
Tədbir çərçivəsində muzeyin fondundakı materiallarından, Niyazinin və digər musiqi xadimlərinin uşaqlıq fotoşəkillərindən ibarət slayd-şou nümayiş etdirilib.
Sonda Niyazinin mənzil-muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək gənc istedadlara təşəkkürünü bildirib.
Uşaqlar muzeyin ekspozisiyası ilə də maraqla tanış olublar.
























