Naxçıvan Dövlət Universiteti (ND QS Stars beynəlxalq qiymətləndirmə sistemində dörd əsas istiqamət üzrə 5 ulduz (mükəmməl) ilə qiymətləndirilib.
Bu barədə NDU-dan məlumat verilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, universitet aşağıdakı kateqoriyalar üzrə ən yüksək göstəriciyə layiq görülüb:
“Teaching” (tədris) – 5 ulduz
Universitetdə tələbəyönümlü, yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun tədris mühitinin formalaşdırılması beynəlxalq səviyyədə təsdiqlənib. Tədrisin effektivliyi, tələbə məmnunluğu və akademik inkişaf göstəriciləri yüksək qiymətləndirilib.
“Facilities” (infrastruktur və imkanlar) – 5 ulduz
Müasir kampus infrastrukturu, tələbələr üçün yaradılmış komfortlu və təhlükəsiz mühit, zəngin kitabxana resursları və sosial imkanlar universitetin yüksək standartlara malik olduğunu nümayiş etdirib.
“Employability” (məşğulluq) – 5 ulduz
Məzunların əmək bazarına uğurlu inteqrasiyası, karyera inkişafına dəstək mexanizmləri və iş dünyası ilə qurulan səmərəli əməkdaşlıq əlaqələri QS Stars tərəfindən yüksək dəyərləndirilib.
“Good Governance” (yaxşı idarəetmə) – 5 ulduz
Şəffaflıq, strateji idarəetmə və davamlı inkişaf prinsiplərinə əsaslanan institusional fəaliyyət modeli beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.



















