Mayın 31-də Səməd Vurğunun Ev-Muzeyinin və Süleyman Ələsgərov adına 1 saylı Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə muzeydə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə muzeydən məlumat verilib.

“Poeziya və musiqinin Vurğun ruhunda əbədi qovuşması” adlı proqramda incəsənət məktəbi şagirdlərinin ifasında Ü.Hacıbəyli, F.Əmirov, T.Quliyev, V.A.Motsart, F.Şopen, İ.S.Bax, S.Prokofyev və digər görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Musiqi nömrələri arasında şagirdlər Səməd Vurğunun şeirlərini qiraət ediblər. Şairin poetik aforizmləri də tədbirə əlavə bədii rəng qatıb.