Milli Kitabxana “28 May – Müstəqillik Günü” adlı elektron məlumat bazası və eyniadlı virtual sərgini istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında tammətnli resurslar “Rəsmi sənədlər”, “Şərqdə ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas tarixləri”, “İstiqlal bəyannaməsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan hökuməti”, “Təhsil”, “Nəşrlər” və s. bölmələrdə toplanıb.

Virtual sərgidə müstəqilliyimizin tarixi, dövlətçilik tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Cümhuriyyət yaradıcıları və s. mövzularda dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.