Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 May – Müstəqillik Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir, dönməzdir!” adlı mühazirə saatı təşkil olunub.
Muzeydən bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin əməkdaşı Rəvan Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaranması, tariximizdəki yeri və rolundan, milli dövlət quruculuğu təcrübəsindən danışıb.
Sonra Cümhuriyyət tarixindən bəhs edən slayd-film nümayiş olunub.





















