Özbəkistanın tanınmış alimləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.

Bu barədə muzeydən məlumat verilib. 

Ekspozisiya ilə tanış olan Özbəkistanın klassik və müasir ədəbiyyatının tədqiqatçıları - professor Bakidjan Tuxliyev, Zudiddin İsomiddinov, Gulbohor Aşurova və digər qonaqlara muzeyin yaranma tarixi, burada qorunan zəngin ədəbi-mədəni irs nümunələri, Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüblər.

Görüşdə ölkələrimiz arasında inkişaf edən qarşılıqlı faydalı münasibətlərdə mədəniyyət, elm və ədəbiyyatın rolu xüsusi vurğulanıb, müştərək layihələrin gerçəkləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Akademik Rafael Hüseynova özbək milli geyimi hədiyyə edilib.