Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ziyoli Avlod” Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən təltif edilib.
Sənətkar bu təltifə Özbəkistanla mədəniyyət və təhsil sahəsində göstərdiyi xidmətlərə görə layiq görülüb.
Mərkəzin direktoru Ənvər Xojinazarov tarzənə “Ziyoli Avlod” – Millat İftixoru” medalını təqdim edib.
Mükafatlandırma mərasimində hər iki mərkəzin rəhbərləri gələcəkdə daha sıx əməkdaşlıq etmək və birgə memorandum imzalamaq barədə razılığa gəliblər.
Sahib Paşazadə sənətinə və xidmətlərinə göstərilən diqqətə görə “Ziyoli Avlod” Mədəniyyət və Təhsil Mərkəzinin rəhbərliyinə təşəkkür edib. O, Ənvər Xojinazarovu Azərbaycana səfərə və Beynəlxalq Muğam Mərkəzini ziyarətə dəvət edib.






















