F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə hazırlanan virtual sərgi istifadəçilərə təqdim olunub.
Bu barədə kitabxanadan məlumat verilib.
Virtual sərginin əsas məqsədi gənc nəslin Heydər Əliyevin zəngin siyasi irsi ilə yaxından tanış olmasına şərait yaratmaq, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, təhsil, mədəniyyət və elm sahələrinin inkişafına göstərdiyi diqqət və qayğını təbliğ etməkdir.
Sərgidə nümayiş olunan materiallar Ulu Öndərin həyatının müxtəlif mərhələlərini əks etdirməklə yanaşı, onun uzaqgörən siyasətçi, qətiyyətli dövlət xadimi və xalqına bağlı lider kimi fəaliyyətini də oxuculara təqdim edir.
Virtual sərgi həmçinin gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə, milli kimlik və dövlətçilik ənənələrinə bağlılığın formalaşdırılmasına xidmət edir. Heydər Əliyevin xalqına sədaqəti, dövlətə xidmət prinsipləri və milli maraqları hər zaman üstün tutması gələcək nəsillər üçün liderlik məktəbidir.
Virtual sərgiyə bu linkdə baxmaq olar:



















