18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdindəki İncəsənət Gimnaziyası ilə birgə konsert proqramı təşkil olunub.
Bu barədə muzeydən məlumat verilib.
Muzeyin direktoru Fərqanə Cabbarova iştirakçıları salamlayaraq Beynəlxalq Muzeylər Gününün tarixi haqqında söz açıb, muzeylərin milli-mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və gənclərin maarifləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
AMK nəzdində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova muzey əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Konsert proqramında İncəsənət Gimnaziyasının şagirdləri Zəhra Quluzadə, Sübüxanım Bağırlı, Fəray Acalova, Sofiya Mirzəyeva, Dəniz Hacızadə, Mədinə Əlibəyli, Leyla Əliyeva, Fərəh Soltan, Məryəm Əlibəyova, Natella Nikoleyşvili, Leyla Məlikli, Nurgün Abdulova, Fazil Heybətzadə, Əsma Məmmədli Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
























