Mayın 8-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub.
Kitabxanadan verilən məlumata görə, tədbirdə 164 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Tədbirdə Ulu öndərin Azərbaycanda uşaq və gənclərə göstərdiyi diqqət və qayğıdan söz açılıb, onun gənc nəslin vətənpərvər ruhda formalaşmasına verdiyi töhfələri qeyd edilib.
Şagirdlərə “Böyük Azərbaycanlı” adlı kitab haqqında məlumat təqdim olunub və kitab əsasında hazırlanmış videoçarx nümayiş etdirilib. Qeyd edilib ki, əsər Ulu öndərin həyat yolunu, yüksək mənəvi keyfiyyətlərini və xalqına olan bağlılığını kiçikyaşlı oxuculara çatdırmaq məqsədi daşıyır.
Uşaqlar Heydər Əliyev haqqında kitablar və digər nəşrlərdən ibarət sərgi ilə də tanış olublar.
Bu kimi tədbirlərin uşaqlarda vətənpərvərlik ruhunun güclənməsində, milli dəyərlərə bağlılığın artmasında mühüm rol oynadığı vurğulanıb.






















