Xəbər verdiyimiz kimi, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, TÜRKSOY və UNESCO-nun dəstəyi ilə Xivə şəhərində (Xərəzm vilayəti) III Beynəlxalq “Ləzgi” Rəqs Festivalında Azərbaycan da təmsil olunub.
Təmsilçilərimiz festivalda uğurla çıxış edərək mükafatlara layiq görülüblər.
Aprelin 29-da Xivə şəhərinin tarixi mərkəzi – “İçan-Qala” kompleksində festivalın mükafatlandırma mərasimi olub.
Münsiflər heyətinin qərarına əsasən, III Beynəlxalq “Ləzgi” Rəqs Festivalının baş mükafatı – “Qran Pri” Özbəkistan təmsilçisi Mohira Covliyevaya verilib.
Birinci, ikinci və üçüncü yerlər müvafiq nominasiyalar üzrə aşağıdakı kimi bölüşdürülüb.
Birinci yer mükafatları:
Ən yaxşı solo rəqs ifaçısı: Karina Kalpakova (Rusiya Federasiyası/Başqırdıstan) və Nodira Seidjanova (Özbəkistan).
Ən yaxşı rəqs ansamblı: Omsk Dövlət Rus Xalq Xor Rəqs Qrupu (Rusiya Federasiyası) və “Şattik” Rəqs Ansamblı (Qırğızıstan Respublikası).
Ən yaxşı səhnə quruluşu olan rəqs: Pekin Rəqs Akademiyası (Çin Xalq Respublikası).
İkinci yer mükafatları:
Ən yaxşı solo rəqs ifaçısı: Yokutxon Həsənova (Özbəkistan) və Əminə Əliyeva (Azərbaycan).
Ən yaxşı rəqs ansamblı: “Səma” Rəqs Ansamblı (Azərbaycan).
Ən yaxşı səhnə quruluşu olan rəqs: “Saltanat” Rəqs Ansamblı (Qazaxıstan).
Üçüncü yer mükafatları:
Ən yaxşı solo rəqs ifaçısı: Shohjahon Berdibekov (Özbəkistan).
Ən yaxşı rəqs ansamblı: “Krijaçok” Rəqs Ansamblı (Belarus).
Ən yaxşı səhnə quruluşu olan rəqs: “Buhara Mavjleri” Rəqs Ansamblı (Özbəkistan).
Qeyd edək ki, festivalda ikinciliyi qazanan “Səma” Rəqs Ansamblı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərir. Solo rəqs üzrə ikinci olan Əminə Əliyeva isə Bakı Xoreoqrafiya Akademiyasının tələbəsidir.
Festivalın təşkilatçıları tərəfindən müəyyən olunan mükafat məbləği Qran-Pri üçün 7000 ABŞ dolları, 1-2-3-cü yerlər üçün müvafiq olaraq, 5000, 3000, 2000 dollar təşkil edib.




















