Gəncə Dövlət Kukla Teatrı Naxçıvana qastrola gedir. Gəncə kuklaçıları 4-5 may tarixlərində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının qonağı olacaqlar.

Qonaq kollektiv ingilis xalq nağılı əsasında hazırlanmış “Üç donuz balası” tamaşasını təqdim edəcək.

Uşaqlara dostluq, əməksevərlik, birlik kimi dəyərləri təbliğ edən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Fərmail Paşayev, quruluşçu rəssamı Məmməd Hacıyevdir.

Tamaşalar hər iki gün saat 17:00-da Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq.

Bu cür qastrol səfərləri teatrlararası əməkdaşlığın inkişafına və yaradıcı təcrübə mübadiləsinə mühüm töhfə verir.