“LIBRAFF” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kitabının yeni nəşrinin təqdimatı olub.

“Qobustan” dərgisinin baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva kitabın yeni nəşri barədə məlumat verib.

Qeyd edib ki, “TEAS Press” nəşriyyatının çap etdiyi kitabda “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı ilə yanaşı, müəllifin digər əsərləri, həmçinin “Təhminənin son sirri” hekayəsi yer alıb.

Xalq yazıçısı Anar həm həyatının, həm də yaradıcılığının maraqlı məqamlarını oxucuları ilə bölüşüb.

Tədbir sual-cavab formatında davam edib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının konsertmeysteri Lalə Bağırzadə Xalq yazıçısının romanı əsasında çəkilmiş məşhur “Təhminə” filmində istifadə olunmuş musiqi parçalarını pianoda səsləndirib.

Tədbirin sonunda müəllif oxucular üçün kitablarını imzalayıb.