Lənkəran Dövlət Dram Teatrı repertuarından maraqlı səhnə əsərləri ilə qonşu rayonlara qastrol səfərlərini davam etdirir.

Yaradıcı kollektiv aprelin 15-də Cəlilabad rayonunda dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanan tamaşanı nümayiş etdirib.

Bu barədə teatrdan məlumat verilib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının (RF) Əməkdar artisti Laləzar Hüseynovadır.

Səhnə əsərinə rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə və təşkilat rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri, yerli sənətsevərlər baxıblar. Tamaşa böyük maraq və alqışlarla qarşılanıb.

Teatrın direktoru Laləzar Hüseynova qastrol səfərinin təşkilində dəstəyə, kollektivə göstərilən diqqətə və yaradılan şəraitə görə Mədəniyyət Nazirliyinə, Cəlilabad Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirib.