Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kolleci ilə birgə narkomaniya ilə mübarizəyə həsr olunmuş “İradənə sahib çıx!” adlı maarifləndirici tədbir keçirilib.

Əvvəlcə muzeyin əməkdaşı Türkan Əliyeva bəşəriyyətin bəlası olan "ağ ölüm" və onun fəsadları barədə danışıb.

Mövzuya dair videoçarx nümayiş etdirilib.

Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli narkomaniyaya qarşı mübarizə və maarifləndirmə mövzusunda mühazirə ilə çıxış edib. O, gənclərin zərərli vərdişlərdən uzaq durmasının vacibliyini vurğulayaraq sağlam həyat tərzinin əhəmiyyətindən danışıb, iştirakçıların suallarını cavablandırıb və mövzu ətrafında müzakirələr aparıb.

Asif Kəngərli bu sahədə apardığı tədqiqatları və maarifləndirici fəaliyyəti əks etdirən kitablarını təqdim edib.

Sonda o, tədbirin təşkilinə və əməkdaşlığa görə muzeyin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.