AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində tədbirlər çərçivəsində növbəti seminar aprelin 6-da Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilib.

Bu barədə institutdan məlumat verilib.

Bakı Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələrinin, o cümlədən “Könüllülük” layihəsi iştirakçılarının qatıldığı seminarda institutun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəl.e.d., dosent Zəkiyyə Əbilovanın “Qurani-Kərimdə, əlyazmalarımızda, ilkin mənbələrdə “Duxən”” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirə maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə Əlyazmalar İnstitutunun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.