Naxçıvan Dövlət Universiteti dünyanın ən nüfuzlu ali təhsil reytinq təşkilatlarından olan Times Higher Education tərəfindən açıqlanan “THE Impact Rankings 2026” nəticələrinə əsasən, 1603 universitet arasında 801–1000 sıralamasında yer alıb.
Bu barədə NDU-dan məlumat verilib.
Qeyd olunub ki, NDU Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) üzrə fəaliyyətlərinin qiymətləndirildiyi reytinqdə bir sıra meyarlar üzrə yüksək nəticələr əldə edib. O cümlədən “keyfiyyətli təhsil” meyarı üzrə 401–600, “sənaye, innovasiya və infrastruktur” üzrə 601–800, “bərabərsizliyin azaldılması” meyarı üzrə 301–400, “məqsədlər naminə tərəfdaşlıq” üzrə 601–800 intervalına daxil olub.
Naxçıvan Dövlət Universiteti ümumi qiymətləndirmədə 55.4 bal toplayaraq qlobal miqyasda ən yaxşı universitetlər arasında mövqeyini möhkəmləndirib.
Bu nəticə universitetin təhsil, tədqiqat, innovasiya, sosial məsuliyyət və dayanıqlı inkişaf sahələrində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.



















