Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri Bülbül prospekti 20 ünvanındakı ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binasının fasadında qraffiti və çızma-qara ilə vandalizm edənlərin kimliyi məlum olub.
Əməli törədənlərin 2009-cu ildə Bakıda anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakıda anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakıda anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyənləşib. KİV-də yer alan məlumata görə, Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və “İnstagram”da öz qraffiti nümunələrini paylaşır.
Hadisə ilə bağlı cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 20 yaşlı Ardeshir Seyfpour Saad Abadi barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Binanın fasadına edilmiş müdaxilə qısa müddət ərzində aradan qaldırılıb, ilkin görünüş bərpa olunub.



















