Salyan Dövlət Kukla Teatrı paytaxta növbəti qastrol səfərinə gələcək. Yaradıcı kollektiv Xəzər rayonu Şağan qəsəbə Mədəniyyət Mərkəzinin qonağı olacaq.
Teatrdan bildirilib ki, aprelin 12-də burada Xanımana Əlibəylinin "Dovşanın ad günü" tamaşası göstəriləcək.
Teatr Xəzər və Pirallahı rayonundan balaca sənətsevərləri tamaşaya baxmağa dəvət edir.
Qeyd edək ki, Azərbaycan uşaq ədəbiyyatının görkəmıi nümayəndəsi X.Əlibəylinin indiyədək müxtəlif teatrlarda səhnələşdirilmiş bu əsəri Salyan Dövlət Kukla Teatrının repertuarına 2022-ci ildə daxil olub.
Tamaşada meşə heyvanlarının dili ilə uşaqlara mənəvi dəyərlər olan dostluqdan, sədaqətdən və səmimiyyətdən söhbət açılır.
"Dovşanın ad günü"nün Şağan Mədəniyyət Mərkəzində iki seansda (12:00, 14:00) nümayişi nəzərdə tutulub.





















