Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təsis etdiyi "Teatr fədaisi" medalı ilə təltif edilib.

O, mükafata uzunmüddətli yaradıcılıq fəaliyyətinə görə layiq görülüb.

27 mart – Dünya Teatr Günü münasibətilə ATXİ-də keçirilən mərasimdə medal ittifaqın sədri Xalq artisti Hacı İsmayılov tərəfindən təqdim edilib.

Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev 20-dən çox kitabın, eləcə də dövrü mətbuatda dərc olunan yüzlərlə məqalə, resenziya, oçerk və müsahibələrin müəllifidir.