Gəncə Dövlət Kukla Teatrının direktoru, istedadlı rejissor, Əməkdar artist Fərmail Paşayev uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) “Teatr fədaisi” medalı ilə təltif edilib.

27 mart – Dünya Teatr Günü münasibətilə ATXİ-də mükafatlandırma mərasimi keçirilib.

Gəncə Dövlət Kukla Teatrının direktoruna medalı ATXİ-nin sədr müavini Xalq artisti İlham Namiq Kamal təqdim edib.

Fərmail Paşayev indiyə qədər 50-dən çox əsərə bir-birindən maraqlı səhnə quruluşları verib. Tanınmış teatr xadimi beynəlxalq festivallarda Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.