Lənkəran Dövlət Dram Teatrı martın 18-də yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” tamaşası ilə Biləsuvar rayonunda qastrolda olub.

Bu barədə teatrdan məlumat verilib.

Tamaşaya Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, digər rəsmilər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri baxıblar.

Qeyd edək ki, Lənkəran teatrının repertuarına bu yaxınlarda daxil olan tamaşaya Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının (RF) Əməkdar artisti Laləzar Hüseynova quruluş verib.

Quruluşçu rəssam Fuad Hüseynov, rəssam Sevən Həsənli, musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor assistenti Nuranə Nəcəfovadır.

Tamaşada Gülər Kərimova (Fənayə), Şəbnəm Hüseynova (Rahibə), Aynur Əhmədova (Zinayə), Elçin Hacıyev (Qadir), Saleh Əzimzadə (Haris), Səyad Əliyev (Fədai), Aysel Babazadə (Rufa), Nuranə Nəcəfova (Sadiqə), Günel Bağırova, Elvin Məmmədov (pantomima) iştirak edirlər.

Nümayişdən sonra icra başçısı Faiq Qürbətov Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynovaya və yaradıcı kollektivə yüksək səviyyəli, müasir tələblərə cavab verən tamaşa təqdim etdiklərinə görə minnətdarlığını bildirib, Biləsuvar rayonunun simvolu olan xatirə hədiyyəsini teatrın direktoruna təqdim edib.

Laləzar Hüseynova göstərilən diqqətə, səmimi qəbula görə icra başçısına təşəkkürünü bildirib.