Martın 18-də Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xorun növbəri konsert proqramı təqdim olunub.
“Ay qadası” adlı konsertdə sevilən və illərdir dillər əzbəri olan xalq mahnılarımız səslənib.
Proqramda “Aman kəklik”, “Ay gözəl”, “Gözəlim sənsən”, “Gül açdı”, “Gedək gəzək bağçada” və digər mahnılar yer alıb.
Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovadır.
Tədbirin aparıcısı Saleh Bağırov olub.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xorun bu il 90 yaşı tamam olur. İl ərzində təşkil edilən konsertlər orkestrin yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşır.
























