Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" ictimai birliyinin üzvləri üçün ekskursiya proqramı təşkil edilib.
Muzeydən verilən məlumata görə, ziyarətçilər Azərbaycan incəsənətinə aid unikal əsərlərinin nümayiş olunduğu ekspozisiyalarla tanış olublar.
Ekskursiya çərçivəsində onlara incəsənət nümunələrinin kiçik replikaları, rəsm əsərlərinin relyefli surətləri və eksponatlar haqqında məlumatların rahat əldə edilə bilmələri üçün Brayl əlifbası ilə mətnlər təqdim olunub.
Ekskursiya iştirakçılarda böyük maraq və xoş təəssürat yaradıb.






















