Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı Uşaq və Gənclər Teatrında 10 mart – Milli Teatr Günü münasibətilə "Zamanda səyahət" tamaşası nümayiş olunub.
Aygün Həsənoğlunun "Gözlə məni, məktəb" pyesi əsasında hazırlanan tamaşaya Mehman Piriyev və Rauf Huseynli quruluş veriblər. Musiqi tərtibatçısı bəstəkar Yusif Rüstəmovdur.
Səhnə əsərində valideyn-övlad münasibətlərinə toxunulur, uşaqlara maarifləndirici mesajlar verilir.
Rolları Toğrul İsabəyli, Könül Şahbazova Qasımova, Niyaz İlyasoğlu, Gülər Ləzgiyeva, Niyaz Novruzov, Sənan Fərzəliyev, Fidan Əliyeva, Fatimə Qasımova, Gülər Məhərrəmova, Qurban Əhmədov, Aytən Səfərova, Ədalət Ağaverdizadə ifa edirlər.
Tamaşanın nümayişindən sonra teatrın direktoru Əməkdar artist İntiqam Soltan tərəfindən bir neçə əməkdaşa yaradıcılıq fəaliyyətinə görə təşəkkürnamə təqdim edilib.
























