Qazax Dövlət Dram Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə "Bir gecənin nağılı" tamaşası nümayiş etdirilib.
Rövşən Ağayevin eyniadlı pyesi əsasında hazırlanmış tamaşa gənclər üçün nəzərdə tutulub.
Teatrsevərlər tərəfindən maraqla qarşılanan komediya iki gəncin gecə saatlarında parkda təsadüfi nağıl kimi qarşılaşması ilə başlayır. Hadisələr bir sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətin (ailələrin) üzləşdiyi aktual problemlər, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına təsiri önə çəkilir.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Afiq Məmmədovdur.
Rolları aktyorlar Rüfət Ömər və Zəmanə Dərviş canlandırıblar.
























