Qusar Dövlət Ləzgi Dram Teatrı 8 Mart – Beynəlxalq Qadınlar Günü və 10 mart – Milli Teatr Günü münasibətilə tamaşaçılarına xüsusi kompozisiya təqdim edib.
Bayram tədbirində kollektiv sevilən səhnə əsərlərindən parçalar nümayiş etdirib. Kompozisiyada müxtəlif tamaşalardan hissələrlə yanaşı, milli rəqslər, folklor nümunələri həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər yer alıb.
Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov bildirib ki, martın 10-da yaranmasının 153-cü ildönümünü qeyd edəcəyimiz Azərbaycan peşəkar teatr sənəti zəngin yol keçib. Bu sənət salnaməsində 34 il əvvəl yaradılan yaradılan Qusar Dövlət Ləzgi Dram Teatrının öz yeri var. Regionda teatr sənətinin inkişafına öz töhfələrini verən kollektiv bu illər ərzində 100-dən çox səhnə əsərini tamaşaçılara təqdim edib.
Tamaşadan sonra Milli Teatr Günü münasibətilə Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarına hədiyyələr təqdim olunub.






















