Tarixdəki olaylar

 

7 mart 1965 – Amerika dəniz piyadalarının desantı Cənubi Vyetnam sahillərinə çıxarılıb. ABŞ Vyetnama qarşı müharibəyə başlayıb. Yeddi ilə yaxın sürən müharibədə amerikalılar istəklərinə nail ola bilmədilər və Vyetnamdan çıxmalı oldular.

 

7 mart 1940 – Bakıda Azərbaycan rəssamlarının birinci qurultayı başlanıb. Qurultayda İsmayıl Axundov Azərbaycan Rəssamlar İttifaqı rəyasət heyətinin sədri, Mürsəl Nəcəfov məsul katib seçilib. 

 

7 mart 1991 – Azərbaycan Ali Soveti SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə ümumittifaq referendumunda (17 mart 1991-ci il) iştirak məsələsini müzakirə edib. Parlamentin kommunist çoxluğu (səsvermədə iştirak edən 303 deputatdan 254-ü) referendumun lehinə səs verib. 43 deputat (o cümlədən Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev) referendumda iştirakın əleyhinə səs vermiş, 6 nəfər bitərəf qalmışdı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

7 mart 1875 – Fransız impressionist bəstəkarı, XX əsr musiqisinin islahatçılarından Moris Ravel (Joseph Maurice Ravel; 1875 – 28.12.1937) anadan olub.

 

7 mart 1908 – Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908 – 12.5.1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.

 

7 mart 1924 - Yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924 – 22.1.1993) anadan olub.

 

7 mart 1926 – Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821–1926) vəfat edib. 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. 1918-ci ildə qaçqınlıq taleyi yaşayıb, ömrünün sonuna yaxın doğulduğu kənddə qayıdıb və orada dünyasını dəyişib.

 

7 mart 1926 – Şərqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Böyükağa Murtuza oğlu Hüseynov (1926 – 31.5.1983) Bakıda anadan olub.

  

7 mart 1941 – Rusiyanın Xalq artisti, məşhur kino və teatr aktyoru Andrey Aleksandroviç Mironov (1941 – 16.8.1987) anadan olub.

 

7 mart 1945 – Xalq artisti Xuraman Abdulla qızı Hacıyeva (1945 – 15.2.2005) Bakıda doğulub. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarının aktrisası olub. “Arşın mal alan” (1965), “Lətifə” və s. filmlərdə çəkilib.

 

7 mart 1976 – Əməkdar artist Yuri Vladimiroviç Omelçenko (1976 – 20.4.2024) Bakıda doğulub. Akademik Rus Dram Teatrının aktyoru olub.

 

 Hazırladı: Vüqar Orxan