Qazax Tarix-Diyarşünaslıq Muzeyində (Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi) Bakı Dövlət Universiteti Qazax Filialının Tarix fakültəsinin IV kurs tələbələri ilə Tunc dövrü mövzusunda dərs keçirilib.

Tələbələr Tunc dövrünə aid ekspozisiya ilə tanış olublar. Həmin dövrü əks etdirən arxeoloji tapıntılar, məişət əşyaları və maddi mədəniyyət nümunələri, istehsal vasitələri haqqında məlumatlar verilib.

Dərs prosesində muzey materiallarından əyani vəsait kimi istifadə edilib. 

Eksponatların hazırlanma texnikası və tarixi əhəmiyyəti izah edilib. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, müzakirələr aparılıb.