Tarixdəki olaylar
4 mart 2001 – Prezident Jak Şirakın vasitəçiliyi ilə Parisdə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar başlanıb. İki gün sürən gərgin danışıqlar Ermənistanın kompromissiz mövqeyi üzündən nəticəsiz bitib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
4 mart 1678 – İtalyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi; 1678 – 28.7.1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) əsəri ilə şöhrət qazanıb.
4 mart 1908 – Rus yazıçısı Boris Nikolayeviç Polevoy (əsl soyadı Kampov; 1908 – 12.7.1981) anadan olub. “Əsl insan haqqında povest”i ilə məşhurdur.
4 mart 1919 – Görkəmli aktyor, rejissor Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881–1919) qətlə yetirilib. Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” cəmiyyətində, “Nicat” teatr cəmiyyətində çalışıb. 1916-cı ildə “Neft və milyonlar səltənətində” filmində Lütfəli bəy rolunu oynayıb.
4 mart 1919 – Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849–1919) vəfat edib. Bakıda memarlıq nümunələri olan binalar (AMEA-nın Rəyasət Heyəti (“İsmailyyə”), Dövlət Neft Şirkətinin köhnə binası, “Üns” teatrının binası və s.) inşa etdirib.
4 mart 1925 – Fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat; 1925–2006) anadan olub.
4 mart 2022 – Əməkdar rəssam, tanınmış heykəltaraş Albert Zaman oğlu Mustafayev (26.1.1931 – 2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan






















