Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə martın 4-də Qəbələ şəhər uşaq incəsənət məktəbində ustad dərsləri keçiriləcək.

MEMİM-dən bildirilib ki, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşacaq dərslər fortepiano və tar ixtisaslarını əhatə edir. Ustad dərslərində idarənin tabeliyindəki məktəblərin müvafiq ixtisaslar üzrə müəllim və şagirdlərinin iştirakı nəzərdə tutulur.

Fortepiano ixtisası üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Fortepiano, orqan və klavesin kafedrasının müdiri Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Afaq Rüstəmova, tar ixtisası üzrə ustad dərsi isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq çalğı alətləri ifaçılığı kafedrasının müdiri Əməkdar müəllim, dosent Umud İbrahimov tərəfindən aparılacaq.