Şəki şəhərində Akademik Milli Dram Teatrı ilə Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə Akademik Milli Dram Teatrından məlumat verilib.

Memorandumu Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Əməkdar incəsənət xadimi Mirbala Səlimli imzalayıblar.

Hər iki teatrın rəhbəri əməkdaşlıq memorandumunu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər. Memorandum səmərəli və konstruktiv əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin – rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutub.

Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər.

Qeyd olunub ki, Şəki Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrın beynəlxalq əlaqələr qurduğu milli teatrların layihələrində yaxından iştirak edəcək, müxtəlif teatr festivalları və qarşılıqlı qastrol səfərlərində təmsil olunacaq.