Martın 4-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə “Live Art” (“Canlı sənət”) adlı layihə çərçivəsində rəssam Günel Ravilovanın performansı təqdim olunacaq.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan tədbir qadın obrazının incəliklərini, gücünü və estetik dəyərini sənətin dili ilə təqdim etməyi hədəfləyir.

Bu barədə Azərbaycan Dövlət Rəsm Qalereyasından məlumat verilib.

Muzey Mərkəzində keçiriləcək canlı performans zamanı tamaşaçılar yaradıcı prosesin birbaşa şahidi olacaq, rəngin, hərəkətin və emosiyanın sintezini canlı izləyəcəklər.

“Live Art” layihəsi tamaşaçılara yalnız müşahidəçi olmaq deyil, yaradıcı prosesin birbaşa şahidinə çevrilmək imkanı verir.