Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasında (VIII cild) çap edilib.

Rəsulzadənin dahi şair və mütəfəkkirin 800 illiyi münasibətilə yazdığı əsər ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunub. Kitab indiyədək Azərbaycanda bir neçə dəfə işıq üzü görüb. 

Ədəbiyyat İnstitutunda nəşrə hazırlanan kitabda müəllifin dili və üslubu saxlanılıb, ilk mənbədəki mətbəə xətaları düzəldilib.

Həmçinin bəlli olmayan səbəblərdən tərcümə edilməmiş farsca bəzi mətnlərin Azərbaycan dilinə sətri tərcüməsi verilib.

Cildi nəşrə hazırlayanlar filologiya elmləri doktoru Nikpur Cabbarlı, elmi işçilər Aysel Əfəndiyeva, Lalə Paşayeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, redaktoru Hülya Cəbiyevadır.