Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunan “Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirilib.
Bu barədə muzeydən məlumat verilib.
Tədbir Dövlət Teatr Muzeyi və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin əməkdaşı Türkan Əliyeva və Bakı Hərbi Kollecinin kursantı Atilla Kazımlı Qarabağ hadisələri, Xocalı soyqırımı və 44 günlük Vətən müharibəsi mövzusunda çıxış ediblər.
Xocalı soyqırımının canlı şahidi, erməni əsirliyində ağır işgəncələrə məruz qalmış Dürdanə Ağayevanın (1972–2024) xatirəsinə ithaf olunan tədbirdə onun qardaşı Eldəniz Ağayev həm ailəsi ilə bağlı xatirələrini bölüşüb, həm də o dəhşətli gecədə baş verən faciənin acı və ağır həqiqətlərindən söz açıb.
Daha sonra “Əsirlikdə səkkiz gün” bədii-sənədli filmi nümayiş olunub.























