Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində (BMM) ilk dəfə muğam dəsgahları Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə xanəndələrin ifasında təqdim edilib.
Konserti dirijor, Prezident mükafatçısı Mustafa Aşurov idarə edib.
Proqramda “Zabul Segah” və “Bayatı-Kürd” muğam dəsgahları səsləndirilib.
Gecədə BMM-nin solistləri xanəndələr Səbinə Ərəbli, Mirələm Mirələmov, Nisbət Sədrayeva və Hüseyn Məlikov çıxış ediblər.
Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 illiyidir. Yubiley münasibətilə il ərzində silsilə konsertlərin keçirilməsi nəzərdə tutulur.























