Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında yazıçı Eluca Atalının "Odunçunun nağılı" əsəri əsasında səhnələşdirilən tamaşa fevralın 21-də növbəti dəfə nümayiş olunacaq.
Təbiətin mühafizəsi və ekoloji təmizliyə çağırış leytmotivli səhnə əsəri 2024-cü ildə hazırlanıb. Tamaşa ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sənət töhfəsi olaraq ərsəyə gəlib.
Tamaşanın quruluşçu rejissoru Ləman Vəlizadədir.
"Odunçunun nağılı" təbiətin qorunması va yaşıl dünyanın əhəmiyyəti haqqında maarifləndirici va əyləncəli hekayədir. Tamaşanın baş qəhrəmanı Odunçu meşəyə gələrək baltası ilə ağacları kəsmək istəyir. Lakin meşənin dostları – mehriban va müdrik Xala ila casarətli Atanur onun bu niyyətinə qarşı çıxırlar. Onlar Odunçuya ağacların həyat üçün nə qədər vacib olduğunu, təbiətin məhv edilməsinin gələcək nəsillərə necə zərər verdiyini izah edirlər.
Qeyd edək ki, Naxçıvan Dövlət Milli Dram Teatrı hər ay üzrə repertuar tərtib edilərkən balaca tamaşaçılara da diqqət ayırır.
Fevralın 28-də teatrda uşaqlar üçün daha bir səhnə əsəri – “Sehrli yaylıq” tamaşası göstəriləcək.
Ayın ilk həftəsində isə balacalar teatrda “Dovşanın ad günü”nə baxıblar.





















