Gəncə Dövlət Milli Dram Teatrı 11–26 aprel tarixlərində keçiriləcək 5-ci Beynəlxalq Trabzon Teatr Festivalına dəvət alıb.

Bu barədə teatrdan məlumat verilib.

Yaradıcı kollektiv festivala Ə.Haqverdiyevin “Pəri cadu” əsərinin tamaşası ilə qatılacaq.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Mirzə Mehdidir.

Rolları Əməkdar artistlər Kəmalə Məmmədova, Sevda Orucova, aktyorlar Günay Cabbarova, Sevinc Hüseynova, Murad Meyfəliyev, Emil Salmanov, Elmir Məmmədov oynayırlar.

Trabzon Böyükşəhər Bələdiyyəsi və Trabzon Teatrlar Birliyinin təşkil etdiyi festivala İtaliya, Fransa, Rumıniya, Moldova, İordaniya, Gürcüstan və s. ölkələrdən də teatrlar dəvət alıb.

Qeyd edək ki, Gəncə teatrının aktyoru, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov Trabzon festivalının beynəlxalq əlaqələrinin qurulmasında iştirak edir.