Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin (RMİ) tabelyindəki Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində 14 fevral – “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Z.Bünyadov adına 2 saylı orta məktəbin şagirdləri iştirak ediblər.
Bu barədə Lənkəran-Astara RMİ məlumat yayıb.
Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova çıxış edərək bildirib ki, “Kitab Bağışlama Günü” dünyada sevgi və bilik paylaşımını təcəssüm etdirən xüsusi gündür. Bu tarix insanları bir-birinə kitab hədiyyə etməyə, mütaliəyə marağı artırmağa və cəmiyyətin maariflənməsinə töhfə verməyə çağırır.
Tədbirin sonunda fəal oxuculara kitablar bağışlanıb.
***
Fevralın 13-də Masallı rayon Mərkəzi Kitabxanasında “Beynəlxalq Kitab Bağışlama Günü” ilə əlaqədar tədbir keçirilib.
Kitabxana əməkdaşları gün haqqında məlumat veriblər. Fonda daxil olan müxtəlif mövzulu nəşrlərdə ibarət sərgiyə baxış keçirilib.
Gün ərzində fəal oxuculara və kitabxana ilə əməkdaşlıq edən müəssisələrə kitablar bağışlanıb.
***
Lerik rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi isə “Beynəlxalq Kitab Bağışlama Günü”nü 1 saylı uşaq bağçasında qeyd edib. Uşaqlara nağıllar oxunub, nağıl dünyasına səyahət imkanı yaradılıb.
Bağçaya nağıllardan ibarət jurnallar təqdim olunub.






















