Zaqatalada Nizami Gəncəvi adına Mərkəzi Kitabxananın və rayon Heydər Əliyev Mərkəzinin (Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi) birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində "Heydər Əliyev və Azərbaycan memarlığı" mövzusunda tədbir keçirilib.

Öncə iştirakçılar Azərbaycan və dünya memarlığına həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçiriblər.

Çıxışlarda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərindən bəhs edilib. Qeyd edilib ki, Ulu öndərin müəyyən etdiyi siyasət nəticəsində şəhərsalma sahəsində sistemli yanaşma formalaşıb və milli memarlıq ənənələri qorunmaqla müasir üslub tətbiq olunub.

Vurğulanıb ki, bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən müasir memarlıq abidələrinin yaradılması da buna bariz nümunədir.

Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub.