Bakı Uşaq və Gənclər Teatrı 2026-ci ildə ikinci premyerasını keçirib.
Yanvarın 31-də "Zamanda səyahət" tamaşasının ilk nümayişi olub.
Aygün Həsənoğlunun əsəri əsasında səhnələşdirilən tamaşanın rejissorları Mehman Dilqəmoğlu (Piriyev) və Rauf Hüseynlidir.
Rəssam Sevda Məmmədova, bəstəkar Yusif Rüstəmov, rejissor assistenti Nuranə Rəsulova, dekorçu Ceyhun Həşimov, dekorçu rəssam Zəminə Allahverdiyevadır.
Qeyd edək ki, Bakı Uşaq və Gənclər Teatrı paytaxtın Qaraçuxur qəsəbəsindəki Qurban Abbasov adına Mədəniyyət sarayında fəaliyyət göstərir.



















